"...İran deyir ki, siz döyüşməyəcəksiniz, mən döyüşəcəm”
Qarabağdakı “qanunsuz hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan: "Qarşıda böyük müharibə gözlənilir, İran deyir ki, siz döyüşməyəcəksiniz, mən döyüşəcəm”.
"Gələcəkdə Rusiya-Ermənistan-İran strateji oxu formalaşmalıdır ki, Türkiyə və Azərbaycan regionda İrana qarşı müharibəyə başlamasın! Əgər buna hazır olmasaq, o müharibədə həlak olacağıq".
Bunu Qarabağdakı “qanunsuz hərbi birləşmənin keçmiş komandiri” Samuel Babayan deyib.
Onun sözlərinə görə, Ukraynadakı savaşa görə Rusiya indi zəifləyib, Azərbaycan və Türkiyəyə qarşı kəskin tədbirlər görmək istəmir və sadəcə olaraq hərəkətə keçə bilmir.
O qeyd edib: "Ermənistan heç nəyə hazır deyil və yalnız Rusiyaya tabedir".
Babayan əlavə edir ki, belə vəziyyətdə Rusiya Qarabağı bacardığı qədər erməni faktoru olmadan saxlayacaq.