Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər bu ərazidə qanunsuz tikililərin inşa edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.

Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını bildirirlər.

Binanı tikən "Maşınqayıran" MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.

"Maşınqayıran" MTK-nın sədr müavini Xanlar Ağayev bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.

Qeyd edək ki, binanın tikintisi hal-hazırda dayandırılıb.

Mövzu ilə bağlı videomaterial təqdim edirik:

Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA