Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Lim10.az xəbər verir ki, Şamaxı stadionunda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 16:30-da başlayacaq.

Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" doğma divarlar arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

14 sentyabr

16:30. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

Şamaxı şəhər stadionu

19:00. "Qarabağ" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.

"Azərsun Arena"