Rusiyada təyyarə qəzaya uğradı: Ölən var

Rusiyanın Altay diyarında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Lim10.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Altay diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, qəza zamanı pilot həlak olub.

"Yüngül mühərrikli təyyarə Rubsovski rayonunda qəzaya uğrayıb, pilot ölüb. Hadisə Priozernı qəsəbəsi yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya uğrayan özəl təyyarə olub. Hadisə yerində əməliyyat və fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər", - deyə qurumdan bildirilib.

Regional Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti əlavə edib ki, təyyarədə təkcə bir pilot olub.

Faktla bağlı cinayət işi açılıb.