Ermənistan Hindistan raketlərinin, o cümlədən yerli "Astra" raketlərinin alınması, həmçinin özünün "Su-30" təyyarələrinin mümkün təkmilləşdirilməsi ilə bağlı Hindistana müraciət edib.
Lim10.az-ın xəbərinə görə, bu barədə "ThePrint" nəşri məlumat verib.
Müdafiə qurumundakı mənbələr bildiriblər ki, danışıqlar davam edir və hələ ilkin mərhələdədir.
Qeyd edilib ki, Ermənistan öz hərbi hava qüvvələrini modernləşdirməyə çalışır və Hindistandan silah-sursat, pilotlarının hazırlanması kimi məsələlərdə yardım istəyir.
"Ermənistan tərəfindən istismar edilən "Su-30"lar bizim istismar etdiyimizdən fərqlidir", - deyə mənbə "ThePrint"ə bildirib.
Məlumata görə, Hindistan təxminən 272 "Su-30MKİ" təyyarəsini istismar edir və təyyarənin bəzi komponentlərinin yerli istehsalını qurmağa nail olub ki, bu da texniki xidmət və ehtiyat hissələri ilə bağlı Rusiyadan asılılığı azaltmağa kömək edir.
Xatırladaq ki, daha əvvəl Ermənistan KİV Hindistan Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sudjan Çinoya istinadən ölkənin Hindistandan yenidən 155 millimetrlik artilleriya qurğularının alınmasında maraqlı olduğu bildirib.
həmçinin Ermənistanın təxminən 250 milyon dollar dəyərində olan "Pinaka" yaylım atəşli raket buraxılış sistemləri ilə maraqlandığını da qeyd edib.