Fransada əsas müxalifət partiyası Milli Birliyin parlament fraksiyasının rəhbəri Marin Le Pen hesab edir ki, ölkənin yeni hökuməti təxminən 10 ay işləyəcək, bundan sonra yeni növbədənkənar parlament seçkiləri gözlənilir.
Lim10.az xəbər verir ki, o, bu barədə "X"də (keçmiş "Twitter") dərc etdiyi partiya seminarında məlumat verib.
"10 ay qalıb və mən inanıram ki, bu 10 aydan sonra yaz və ya payızda yeni parlament seçkiləri keçiriləcək. Ümid edək ki, bu səlahiyyət müddəti mümkün qədər qısa olacaq", - siyasətçi yazıb.
Le Pen Fransa prezidenti Emmanuel Makronun Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyeni yeni baş nazir təyin etmək qərarını yenidən tənqid edərək, bu partiyanın Milli Birlikdən daha az səs topladığını qeyd edib.