Vyana çayının daşması səbəbindən Avstriya paytaxtında əhalinin təxliyəsinə başlanılıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, çayın daşdığı ərazidə bəzi evlərə yalnız qayıqla getmək mümkündür. Hava şəraiti şəhərin bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinə səbəb olub. Vyana metrosunun dörd xətti suyun səviyyəsinin qalxmasından sonra fasilələrlə işləyir.
Bundan əlavə, təbii fəlakət səbəbindən futbol üzrə Avstriya çempionatının altıncı turunun "Hartberq" - "Tirol" və "Austria" - "Şturm" matçları ləğv edilib.