Tramp əleyhidarı respublikaçılar Harris üçün onmilyonlarla dollar toplayblar

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı olan partiya yoldaşları Demokrat namizəd Kamala Harrisin seçki kampaniyası üçün 35 milyon dollar toplayıblar.

Lim10.az "İzvestiya"ya istinadən xəbər verir ki, "Respublikaçı seçicilər Trampa qarşı" qrupu mart ayından ianə yığmağa başlayıb. Onlar 50 milyon dollar toplamağı hədəf qoyublar.

Qeyd edək ki, iyulun 28-nə olan məlumata görə, Kamala Harrisin seçki kampaniyası 200 milyon dollardan çox vəsait toplayıb. Bu məbləğin 66%-i yeni donorlardan daxil olub.