Tovuzda qəbiristanlıqda yanğın olub

Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndi ərazisində qeydə alınıb. Yanğın kənd qəbiristanlığının ərazisində təxminən iki hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan, alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin dörd yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb. Qəbiristanlıqdakı bəzi köhnə məzar daşlarına qismən ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.