Almaniyada 334 yaşlı pivə zavodu bağlanır

Almaniyanın Bavariya vilayətinin ən qədim pivə zavodlarından biri olan "Schlössle-Bier" maliyyə itkilərinə görə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Lim10.az TASS-a istinadən xəbər verir ki, müəssisə 334 il fəaliyyət göstərib.

Məlumata görə, ilin sonunda pivə istehsalı dayandırılacaq. Bu qərarın iqtisadi səbəblərə əsaslandığı bildirilir.

"Pivə istehlakı azalır, amma xammal və enerji qiymətləri artmaqdadır" , - deyə zavodun açıqlamasında qeyd edilir.

"Schlössle-Bier" pivə zavodu 1690-cı ildə Noy-Ulm şəhərində yaradılıb. Zavod 135 ildən artıqdır ki, Zoller ailəsinə məxsusdur.