2024-cü il yanvarın 1-dən sentyabrın 8-dək Afrikada 25 mindən çox şübhəli meymunçiçəyi xəstəsi və bu xəstəliyin səbəb ola biləcəyi 720-dən çox ölüm hadisəsi müəyyən edilib.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, ən çox xəstəlik halları Konqo Demokratik Respublikasında (KDR) aşkarlanıb - müvafiq olaraq 21.835 xəstə və 717 ölüm.
Ümumilikdə, 2022-ci il yanvarın 1-dən 2024-cü il iyulun 31-dək 121 ölkədə 103.048 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 229 ölüm halı qeydə alınıb. İyulun 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halları ABŞ-də (33 556) müəyyən edilib. Sonrakı onluqda Braziliya (11 841), İspaniya (8 104), DRC (4 395), Fransa (4 283), Kolumbiya (4 256), Meksika (4 132), Böyük Britaniya (4 018), Peru (3 939) və Almaniya (3 886) yer alıb. Ümumilikdə meymunçiçəyi hallarının 80%-i bu ölkələrin payına düşür.