2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı keçən ilin aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.
Bu barədə Lim10.az-a onun anası Şəfa Abdullayeva məlumat verib.
Şəfa Abdullayeva bildirib ki, hadisə ötən il ehtiyatsızlıqdan baş verib. Onun sözlərinə görə, səkkiz yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandıraraq isinmək istəyib və çaydanı onun üzərinə qoyub.
"Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı və iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların maliyyəsi yardımsevər insanların köməyi ilə toplandı. İndi isə yenidən bizə kömək lazımdır. Müalicə müddətində yanan yerlərin masajı və reabilitasiyası, həkim tərəfindən təyin olunan dərmanların və mazların alınması üçün 400 manat lazımdır. İmkanlı şəxslərdən yenidən bizə dəstək olmalarını xahiş edirəm".
Əlaqə nömrəsi: (077) 310-54-57 (Yağmurun anası Şəfa Abdullayeva).
"Unibank": 5243 7544 4206 2368.