ABŞ Afrika ölkəsinin hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq qoşunlarının Nigerdən çıxarılmasını vaxtında başa çatdırıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) bəyanatında deyilir.
"ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Departamenti ABŞ qüvvələrinin və texnikasının Nigerdən çıxarılmasının başa çatdığını elan edir", - bəyanatda qeyd olunub.
Bildirilir ki, kontingentin çıxarılması heç bir problem olmadan baş tutub.