Aylardır qəzalı vəziyyətdə olan Saray körpüsü bağlanır?

"Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil".

Bu məlumatı Lim10.az-a açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib.

"Körpünün bağlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Körpüyə gedən yolda qaz xəttinin çəkilməsi ilə bağlı tədbirlər görülür. Yol açıqdır", - deyə E.Qocayev vurğulayıb.

Əzizə İsmayılova

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün təmirə bağlanacağı bildirilir.

Lim10.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Qeyd edək ki, sözügedən körpü aylardır qəzalı vəziyyətdədir və burada böyük dəlik, ətrafında isə çatlar əmələ gəlib.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.