Rusiyada helikopter qəzaya uğradı: Ölənlərin içərisində ermənilər də var

Rusiyanın Amur vilayətində 16 sentyabrda itkin düşən Robinson helikopterinin göyərtəsində olan üç nəfərin hamısı hava gəmisinin qəzaya uğraması nəticəsində həlak olub.

Lim10.az-ın məlumatına görə, bu barədə TASS-a Zeysk rayonunun Vahid Növbətçi-Dispetçer Xidməti (VNDX) məlumat verib.

Axtarış əməliyyatında iştirak edən Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin xilasediciləri helikopterin qəzaya uğradığı yeri aşkar ediblər.

İlkin məlumata görə, sentyabrın 16-da axşam saatlarında "Robinson R66" hava gəmisindən Zeya dairəsində onun yerini göstərən qəza radio mayakının xəbərdarlığı alınıb. Helikopter eyni yerdə tapılıb.

Qəzaya uğrayan helikopter XERGU qızıl hasilatı şirkətinə məxsus olub.

İlkin məlumata görə, həlak olanlar arasında qızıl hasilatı şirkətinin sahibi Mikayel Arutyunyan, onun köməkçisi Şeram Tovmasyan və pilot Yuri Barabaş var.

Qəzanın səbəbləri istintaq tərəfindən araşdırılır. Əsas versiyalardan biri texniki nasazlıqdır.

Rusiya Federasiyasının Amur vilayətinin Zeysk rayonunda "Robinson R66" helikopteri tayqada qəzaya uğrayıb. Onun göyərtəsində olan üç nəfərin taleyi hələ də məlum deyil. Hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.

Lim10.az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

Faciə sentyabrın 16-da baş verib, helikopterin qəza mayakı işə düşüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, helikopter Zeysk bələdiyyə dairəsi ərazisi üzərində qeydiyyatsız uçuş həyata keçirirdi.

İtmiş helikopterin axtarışlarına başlanılıb.

Müstəntiqlər artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açıblar. Bu hadisənin bütün halları və səbəbləri araşdırılacaq.

"Robinson R66" helikopterləri - şəxsi uçuşlar və müxtəlif xidmətlərin işində geniş istifadə olunan yüngül, birmühərrikli hava nəqliyyat vasitələridir. Bu etibarlı hava gəmilərinin qəzaya uğraması nadir hallarda baş verir.