Livanda peycerlərin partlaması nəticəsində azı 8 nəfər həlak olub.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, insident nəticəsində 2800-ə yaxın insan yaralanıb.
İsrail hərbçiləri Livanın "Hizbullah" hərəkatının üzvlərinin istifadə etdiyi portativ radioları haker hücumu ilə "sındırmağa" və onları partlatmağa nail olublar. Nəticədə mindən çox şəxs yaralanıb. Yaralananların arasında İranın Livandakı səfiri Müctəba Əmani də var.
Lim10.az-ın "Al Jazeera" telekanalına istinadla məlumatına görə, bu barədə Livan təhlükəsizlik xidmətindəki mənbə xəbər verib.
Bildirilib ki, "Hizbullah"ın qərargah ofislərinin yerləşdiyi Beyrutun cənub ətrafında portativ radioların partlaması nəticəsində onlarla yaralı xəstəxanalara çatdırılıb.
Bu arada, İsraildə ehtiyatında olan hərbçilərə mesaj daxil olub. Orada deyilir ki, bütün hərbi personal hərbi kontingentin sonrakı yerləşdirilməsi üçün dərhal bazalara hesabat verməlidir.