Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərini müəyyən edib.

Lim10.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər bu ilin sonuna qədər, iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər gələn il iyulun 1-nə qədər, ailə-kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri isə gələn ilin sonuna qədər əmək müqavilələrini elektron sənəd formasına keçirməlidirlər.