Qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun yeni baş məşqçisi açıqlanıb.
Bakı təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komandanın idarəsi 58 yaşlı Paolo Tofoliyə həvalə olunub. Onunla 1 illik müqavilə imzalanıb. Fəaliyyətinə oyunçu olaraq başlayan italiyalı baş məşqçi dəfələrlə ölkəsində voleybolun şərəfini qoruyub və bu sahədə göstərdiyi uğurlara görə mükafatlandırılıb.
2010-cu ildən məşqçi kimi fəaliyyət göstərən P. Tofoli həm kişi, həm də qadın komandalara rəhbərlik edib.