Sabahdan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində tətbiq ediləcək məhdudiyyətlə bağlı bir avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib.
Lim10.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Sədi Musayev, Rəşid Bağırov və Oqtay Vəliyev küçələri ilə təşkil ediləcək.
Qeyd edək ki, tətbiq edilən məhdudiyyət paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədardır.
Sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilib.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bir marşrutun hərəkət sxemində dəyişiklik ediləcək