Avropada koronavirusun yeni ştammı yayılıb

Avropa ölkələrində və ABŞ-də koronavirusun yeni variantı - XEC yayılıb. Mütəxəssislər bunun pandemiyanın yeni dalğasına səbəb ola biləcəyindən narahatdırlar.

Lim10.az xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Bildirilir ki, XEC, digər COVID variantlarına oxşar simptomlara səbəb olan "Omikron" ailəsindən bir ştamdır.

Bu simptomlara yorğunluq, baş ağrısı, boğaz ağrısı və qızdırma daxildir. Tədqiqatçılar ştamı öyrənməyə davam edirlər.

XEC hazırda Avropa, Şimali Amerika və Asiyanın əksər ölkələrində yüzlərlə xəstədə aşkar edilir. Ştamın xüsusilə kəskin artımı ilk dəfə bu ilin iyununda Almaniyada müşahidə olunub. Xəstəliyin mövcudluğunu təsdiqləyən ölkələr arasında Sloveniya, Belçika, Niderland, Tayvan, Fransa, İsrail, İtaliya, İsveç, İrlandiya, Böyük Britaniya, Kanada, İspaniya və Danimarka da var.