Venesuela Baş Prokurorluğu Argentina prezidentinin həbsi üçün order tələb edib

Venesuela Baş Prokurorluğu Buenos-Ayresdə olan Venesuelanın "Emtrasur" təyyarəsinin ABŞ tərəfindən müsadirə edilməsi səbəbindən Argentina Prezidenti Xavyer Mileyin həbsi üçün order tələb edib.

Lim10.az-ın məlumatına görə, bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Vilyam Saab xəbər verib.

"Baş Prokurorluq bu mövzuda ixtisaslaşmış iki prokurorun təyin edildiyini və onların müvafiq prosessual hərəkətlərə başladığını və aşağıdakı vətəndaşların - Argentina Prezidenti Xavyer Miley, prezident dəftərxanasının baş katibi Karina Miley və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin həbsi üçün orderlərin rəsmiləşdirilməsi ilə məşğul olduğunu bildirir", - deyə Saab mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Venesuela Baş Prokurorluğu Mileyi və onun hökumət üzvlərini ağırlaşdırıcı hallarla oğurluqda və çirkli pulların yuyulmasında ittiham edir.