Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli raketlərdən istifadə etmək üçün hələ ABŞ və Britaniyadan icazə almayıb.
Lim10.az xəbər verir ki, bu barədə unn.ua məlumat yayıb
"Nə ABŞ, nə də Böyük Britaniya bizə bu silahları Rusiya ərazisində, heç bir məsafədəki hədəflərə qarşı istifadə etməyə icazə verib. Biz Rusiya Federasiyası ərazisində uzaqmənzilli silahlardan istifadə etməmişik", - deyə Zelenski bildirib.
KİV-in məlumatına görə, London Vaşinqtonla birlikdə Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli "Storm Shadow" raketlərindən istifadə etmək icazəsi verə bilər.