DiKaprio özündən 23 yaş kiçik sevgilisindən ayrılıb

Aktyor Leonardo Di Kaprio və model Vittoria Ceretti İtaliyadakı şounu ayrı-ayrılıqda tərk ediblər.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.

49 yaşlı aktyor və 26 yaşlı model Milanda keçirilən "Vogue" gecəsindən ayrı-ayrılıqda çıxıblar. Cütlük müxtəlif istiqamətlərdə evə gedib.

Onların ayrıldıqları bildirilir. Belə ki, cütlük uzun müddətdir ki, birlikdə görünmür.

Xatırladaq ki, aktyorun Vittoria Ceretti ilə münasibəti 2023-cü ilin mayında məlum olub.