"General Motors" və ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi genişmiqyaslı geri çağırış kampaniyası elan edib.
Lim10.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bu, üç markaya (Chevrolet, Cadillac və GMC) aid təxminən 450 min avtomobilə təsir edəcək.
Bildirilir ki, həmin avtomobillərdə əyləc mayesinin aşağı səviyyəsinin xəbərdaredici lampası işləməyə bilər. Əyləc mayesi sızması varsa, elektron əyləc idarəetmə modulu bəzi modellərdə xəbərdarlıq işığını yandırmaya bilər.
Bu, daha əvvəl kiçik qəzalara məruz qalmış avtomobillər üçün xarakterikdir. Xidmət mərkəzlərində təmir idarəetmə blokunun proqram təminatının yenilənməsi nasazlığı aradan qaldıracaq.