Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) ölkələrinin liderləri - ABŞ, Hindistan, Yaponiya və Avstraliya - yeni daimi üzvlərin daxil edilməsi üçün BMT Təhlükəsizlik Şurasında (TŞ) islahata çağırıblar.
Lim10.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş görüşün yekunlarına dair birgə bəyanatda deyilir.
"Biz BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlük kateqoriyalarını genişləndirməklə onun daha əhatəli, şəffaf, effektiv, demokratik və hesabatlı olmasına təcili ehtiyac olduğunu dərk edərək, BMT Təhlükəsizlik Şurasında islahatlar aparacağıq", - sənəddə bildirilir.
QUAD ölkələri hesab edir ki, yenilənmiş Təhlükəsizlik Şurasında daimi yerlərin genişləndirilməsi Afrika, Asiya, Latın Amerikası və Karib hövzəsindən yeni ölkələrin təmsilçiliyini əhatə etməlidir.