Kürdəmirdə ev sahibinin ehtiyatsızlığı yanğına səbəb oldu

Kürdəmir rayonunda fərdi yaşayış evinə bitişik tikilidə yanğın olub.

"Unikal"ın məlumatına görə, yanğın hadisəsi rayonun Qarabucaq kəndində qeydə alınıb.

Ehtiyatsızlıqdan baş verən hadisə nəticəsində 120 kvadratmetr ərazi yanıb.

Hazırda yanğının söndürülməsi yönündə işlər görülür.

Həmin görüntüləri təqdim edirik: