Yerin şimal yarımkürəsində gecənin uzunluğu bazar günündən sonra artmağa başlayacaq və getdikcə günün uzunluğunu keçəcək.
Lim10.az TASS-a istinadən xəbər verir ki, planetin bu hissəsində astronomik payız gəlir.
Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-dən sonra Yerin Şimal yarımkürəsində gecə gündüzdən daha uzun olur və astronomik payız başlayır. Yerin Cənub yarımkürəsində isə gecələr qısalır və orada astronomik bahar başlayır.