"2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda müəyyən lobbilər uğurlu nəticənin əldə edilməsinə mane oldular".
Lim10.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda, Türk Evində ABŞ-də fəaliyyət göstərən bəzi analitik mərkəzlərin nümayəndələri ilə görüşü zamanı deyib.
"Biz müharibə başlayandan bəri ədalətli sülhün bərqərar olması üçün səylər göstərmişik və bu səyləri davam etdiririk. İstanbulda aparılan danışıqlar Türkiyənin nümayiş etdirdiyi fəal rolun uğurunu sübut edib. Lakin müəyyən lobbilər bu səylərə nail olunmasını istəmədilər. Ancaq biz istənilən halda müharibənin daha çox dağıntılara səbəb olmadan bitirilməsi üçün əlimizdən gələni edirik və edəcəyik", - deyə Ərdoğan bildirib.