Şəmkirdə gənc qadın bıçaqlanıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir

Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb.

"Report"un məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilib.

Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinib.

Faktla bağlı araşdırma aparılır.