Daşkəsəndə maşın dərəyə aşıb: Ölən və yaralanan var

Daşkəsəndə maşın dərəyə aşıb, ölən və yaralanan var.

APA xəbər verir ki, hadisə Daşkəsən-Əmirvar yolunun 15-ci km-də baş verib.

Kənd sakini Eşqin Arzu Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman hava şəraitinin əlverişsiz olması səbəbindən yolun kənarında olan plakata dəyib. Qəza zamanı nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə düşüb.

Hadisə nəticəsində sürücü ölüb. Həmin vaxt avtomobildə olan sərnişin Mehman İdris oğlu İsrəfilov isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.