Rusiyanın Primorye vilayətində adamyeyən ayı yeni hücum həyata keçirib.
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "News.vl" "Telegram" kanalı məlumat verib.
Bildirilir ki, yırtıcının yeni hədəfi evsiz itlər üçün sığınacaq olub - o, orada olan təxminən 30 heyvanı parçalayıb. Həmçinin ayı məktəbin yaxınlığında görülüb - yerli sakinlər onu yaralayıblar, bundan sonra heyvan meşəyə qaçıb.
Hadisələrin baş verdiyi Luçeqorsk qəsəbəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Ayını polis və ovçular axtarırlar. Sakinlərə təcavüzkar heyvanla qarşılaşma ehtimalı yüksək olan ərazilərdə hərəkət etmək qadağan olunub.
Xatırladaq ki, bir gün əvvəl ayı Luçeqorsk yaxınlığındakı bağ sahəsində iki nəfəri parçalayıb. Ölən şəxslər 1937 və 1968-ci il təvəllüdlü ata-oğul olub.