Səkkiz yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Cəmilə Bədəlova məlumat verib.
O bildirib ki, övladı serebral iflic xəstəliyindən əziyyət çəkir:
"Hüseyn bir yaşına qədər tam sağlam uşaq olub. Bir yaşı olanda yıxılaraq başından ağır xəsarət aldı. Həmin gündən də o, serebral iflic oldu. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsam da, bəzən maddi olaraq bunu qarşılaya bilmirəm. Hüseyn bir neçə ay əvvəl sizin saytın izləyicilərinin dəstəyi ilə İrana yollanıb, orda müalicə və əməliyyat olub".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Hazırda Hüseynin ayağındakı mili çıxarmaq və müayinələrdən keçmək üçün yenidən İrana gəlmişik. Hüseynin pensiyasından bir az pul yığmışdım, güc-bəla ilə biletlərimizi alıb gəlmişik. Əlimdə isə çox az məbləğ var. Hazırda müayinə və müalicələr üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, qərib ölkədə tək qoymamalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 956-26-34.
Kapital Bank: 5239 1517 3239 2801.
Yalnız ana övladı üçün dəstək istəyir: "Müalicə üçün İrana gəlmişik, bizi tək buraxmayın"