Baltik dənizinin qulduru: Latviya vətəndaşı Rusiyaya neft satmağa kömək edir

Rusiya sanksiyalardan yayınaraq xaricə neft satmaqda davam edir.

Lim10.az xəbər verir ki, bu barədə "The Insider" yazıb.

Rusiya neftinin qanunsuz ixracının ortaqlarından birinin Latviya vətəndaşı Aleksey Xalyavin olduğu üzə çıxıb.

Xalyavinlə əlaqəli iki şirkət "Surqutnefteqaz"dan müəyyən edilmiş tavandan yuxarı qiymətə neft alıb və bu, neft şirkətinə əlavə 1,4 milyard dollar qazandırıb.

Neftin qiymətinin tavanı Rusiyanın neft satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq üçün nəzərdə tutulan tədbirdir. Qiymət bir barel üçün 60 dolları keçərsə, Qərb şirkətlərinə satışa kömək etmək (brokerlik, nəqliyyat və sığorta xidmətləri göstərmək) qadağandır. Amma Rusiya Dubayda şirkətlərini yenidən qeydiyyatdan keçirmiş vasitəçilərin əli ilə sanksiyalardan yan keçə bilir. Onlardan biri də Aleksey Xalyavindir.

"The Insider"in məlumatına görə, iş adamı "OGC Shipping LLC" və "Conmar Maritime" ilə əlaqəli Dubay şirkəti "Black Pearl Energy Trading LLC"nin sahibidir. 2023-cü ildə sanksiyalardan yan keçərək, onlar "Surqutnefteqaz"dan 38 milyon barrel nefti 82 dollardan alıblar. 2024-cü ildə isə "Black Pearl Energy" 83,7 dollara daha 20,6 milyon barel alıb.

"The Insider" həmçinin Xalyavini Kipr şirkətləri "Sparta Shipmanagement" və "Lagosmarine Ltd" ilə əlaqələndirir. Onların Aleksey Xalyavinin Dubay şirkətləri vasitəsilə aldığı neftin Rusiyadan Hindistan və Çinə daşındığı tankerləri var.

Sosial şəbəkələrdə Xalyavin özünü "Conrad Management Company"nin baş direktoru adlandırırlar. "The Insider" yazır ki, bu şirkət Rusiyanın "Promsıryoimport" şirkətinin bir neçə əməkdaşına BƏƏ-də yaşayış icazəsi almağa kömək edib. "Promsıryoimport" Rusiya Federasiyasının Energetika Nazirliyinə tabedir və neftin dəniz yolu ilə tədarükü ilə məşğuldur.