Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Lim10.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 25-də saat 9:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Vurğulanıb ki, düşən yağıntının miqdarı Beyləqan və Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz və Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli və Daşkəsəndə 2 mm-dək olub.
Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-də 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.