Rusiya Prezidenti Vladimir Putin Kremldə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Lim10.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçilər iki dövlət arasında əməkdaşlığı müzakirə edərək qeyd ediblər ki, Moskva ilə Ankara arasında yüksək etimad səviyyəsi iki ölkənin liderləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında yaxşı şəxsi münasibətlər sayəsində mümkün olub.
Rusiya ilə Türkiyə arasında münasibətlər intensiv inkişaf edir, Ankara Moskva ilə ticarət dövriyyəsində üç liderdən biridir.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Kazanda ikitərəfli görüşün planlaşdırıldığı BRİKS sammitində gözlədiyini bildirib.