Livan və İsrail arasında atəşkəs razılaşması mümkündür

Beynəlxalq vasitəçilərin təşəbbüsü ilə İsraillə "Hizbullah" təşkilatı arasında bir aylıq atəşkəs sazişi bağlana bilər.

Lim10.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, müvəqqəti atəşkəsin bağlanması tərəflərə ABŞ prezidentinin köməkçisinin müavini və Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstinin himayəsi altında keçiriləcək sərhəd məsələlərinin həlli üçün dolayı danışıqlara başlamağa imkan verəcək.