Türkiyə Azərbaycana yerli qırıcılar təklif edib
İsmayıl Dəmir
Türkiyə Azərbaycana yerli istehsal olan qırıcıları almağı təklif edib, - Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir.
“Yerli döyüş təyyarələrinin tədarükü ilə bağlı dost və qardaş ölkələrə dəvət göndərmişik. bu ölkələrə Azərbaycan, İndoneziya, Pakistan və Malayziya daxildir. Tələb olarsa, müxtəlif səviyyələrdə müzakirələrə açığıq. Biz tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağına inanırıq”.
O, Türkiyənin dost və qardaş ölkələrin müxtəlif səviyyəli müdafiə-sənaye layihələrində tərəfdaş kimi iştiraka açıq olduğunu qeyd etdi