Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mirzə Əzizov vəfat edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, vəkil uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edib.
Qeyd edək ki, M.Əzizov Quba şəhərində fərdi vəkil kimi fəaliyyət göstərirdi.