Rusiyalılar artıq "Google"da hesab yarada bilmirlər.
Lim10.az KP.ru-ya istinadən xəbərinə görə, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.
Məlumata görə, "Google" şirkəti Rusiya vətəndaşları üçün yeni hesabların yaradılmasını məhdudlaşdırıb. Eyni zamanda, əvvəllər yaradılmış hesablar üçün SMS vasitəsilə avtorizasiyanın təsdiqi hələ də işləyir.
Nazirlik "Google" istifadəçilərinə öz məlumatlarının ehtiyat nüsxələrini yaratmağı, həmçinin ikifaktorlu autentifikasiyanın alternativ üsullarına keçməyi (və ya yerli platformalardan istifadə etməyi) tövsiyə edib.