Zelenski Trampla görüşməkdə israrlıdır: Səfər etdiyi ABŞ-də qalma müddətini uzatdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də qalma müddətini uzadıb.

Buna səbəb Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Trampla görüşmək istəyi olub.

Lim10.az-ın xəbərinə görə, bu barədə CNN mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, Zelenskinin ABŞ-ni tərk edəcəyi gözlənilirdi, lakin Trampla görüş üçün ölkədə qalma müddətini daha bir gün uzatmağa hazır olub.

Qeyd edək ki, daha əvvəl Tramp Zelenski ilə sentyabrın 27-də Nyu-Yorkda görüşmək niyyətində olduğunu bildirmişdi.

Tramp "Truth Social" səhifəsində Zelenskinin görüş təklif etdiyi məktubu dərc edib.

"Mən sizin fikirlərinizi birbaşa və öz dilinizdən eşitmək istəyirəm", - deyə Ukrayna lideri məktubda yazıb.

Zelenski, həmçinin mesajında ​​Trampı əmin edib ki, onunla bağlı hər şey haqqında həmişə hörmətlə danışır.

"Hesab edirəm ki, biz şəxsi əlaqə yaratmalı və bir-birimizi 100% başa düşməliyik", - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ KİV-də dərc olunan xəbərlərdə Ukrayna rəsmilərinin ölkə prezidentinin respublikaçı ilə görüşməyi planlaşdırdığı barədə açıqlamalarına baxmayaraq, Tramp və Zelenski arasında görüşün əvvəldən təyin olunmadığı və buna görə də bildirilmişdi.