"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar

Livanın "Hizbullah" hərəkatının baş katibi Şeyx Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah İsrailin Beyrutun cənubuna endirdiyi həlak olub.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb.

Bildirilir ki, əvvəllər Zeynəb Nəsrullah öz açıq bəyanatlarında dəfələrlə "Hizbullah"ın məqsədlərinə sədaqətindən danışıb.

"Qardaşım Hadi şəhid olanda valideynlərim bir damla da göz yaşı tökmədilər", - deyə o, 2022-ci ildə "Al Manar" telekanalına verdiyi müsahibədə deyib.

Qeyd edək ki, "Hizbullah" liderinin böyük oğlu Hadi hərəkatın döyüş qanadının üzvü olub və 1997-ci ildə İsrail hərbçiləri ilə döyüşdə öldürülüb.

"Azad İran" "Telegram" kanalı isə İran mediasına istinadla xəbər verib ki, hücum zamanı Həsən Nəsrullahın qızı ilə yanaşı, xanımı da həlak olub.