SAXAL "Hizbullah" lideri Həsən Nəsrullahın öldüyünü rəsmən elan etdi

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın öldürüldüyünü rəsmi olaraq təsdiqləyib.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə SAXAL-ın "Telegram" kanalında bəyan edilib.

"Həsən Nəsrullah dünən (27 sentyabr) İsrail HHQ-nin nəticəsində məhv edilib", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl bildirilmişdi ki, İsrailin Beyrutun cənubuna hava zərbəsi nəticəsində "Hizbullah" liderinin da həlak olublar.