Suriyadakı ABŞ hərbi bazasına raketlər və PUA-larla hücum edildi

Suriyanın Deyr əz-Zor əyalətində (ölkənin şimal-şərqində), Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası atəşə tutulub.

Lim10.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, bazaya raketlər və pilotsuz uçuş aparatları (PUA) atılıb. Müəyyən hədəflərin vurulduğu bildirilib.

Qeyd edək ki, bu baza sonuncu dəfə avqustun 29-da atəşə tutulub. Mərmilər hərbi obyektin özünə düşməyib və ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.