İsrail ordusu Livanda "Hizbullah" partiyasının mərkəzi şurasının üzvü Nabil Kaukun məhv edildiyini açıqlayıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, o, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava zərbəsi nəticəsində məhv edilib.
"Kauk "Hizbullah" terror təşkilatının rəhbərliyinə yaxın sayılırdı və son günlər də daxil olmaqla, İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror hücumlarının hazırlanmasında bilavasitə iştirak edirdi. O, tez-tez mediada çıxış edərək, Livanın şiə əhalisi qarşısında "Hizbullah"ı təmsil edir, təşkilatın siyasi, hərbi və strateji sahələrdə mövqelərini açıqlayırdı", - mətbuat xidməti qeyd edib.