Əməliyyat üçün evlərini satsalar da, məbləği tamamlaya bilməyiblər: Muradın dəstəyə ehtiyacı var

Üç yaşlı Muradın təcili əməliyyata ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Yasəmən Quliyeva məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

"Muradın üç yaşı var. İki il əvvəl həkim müayinəsi zamanı onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həkimlər həmin dövrdə onun bədəninin bu əməliyyata hazır olmadığını və müalicə almalı olduğunu dedilər. Biz bir müddət onu müalicə etdik, vəziyyəti ağırlaşdığı üçün Türkiyəyə yollandıq. Demək olar ki, son bir ildir bu əməliyyat üçün Muradı hazırlayırlar. Onun donoru öz atasıdır".

Yasəmən Quliyeva övladının əməliyyatı üçün təcili yenidən Türkiyəyə yollanmalı olduqlarını deyib:

"Muradın əməliyyatı çox bahadır. Həkimlər bu əməliyyat üçün bizdən 93 500 manat tələb ediblər. Əməliyyatın 90 min manatını evimizi sataraq, dost-tanışın dəstəyi ilə toplamışıq. Qalan məbləğin bir hissəsini isə sizin saytın izləyicilərinin dəstəyi ilə toplamışıq. Hazırda ümumi məbləğdən cəmi 1 000 manatımız çatmır. Hazırda əməliyyat məbləğini tamamlayıb, ödəməliyik. Bunun üçün isə yardımsevər şəxslərin dəstəyinə yenidən ehtiyacımız var. Murad bizim yeganə övladımızdır, onun üçün hər şeyimizdən keçmişik, keçməyə də hazırıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 315-81-25.

Beynəlxalq Bank: 5522 0993 6306 7547.