Qış mövsümünün yaxınlaşması ilə avtomobil sahibləri yay təkərlərini qış təkərləri ilə dəyişdirməyi düşünürlər. Çoxsaylı protektorların naxışları arasında, xüsusilə populyar olan "yolka" adlanan (həmçinin "skandinaviya" kimi tanınan) naxışdır. Bəs onun effektivliyinin sirri nədədir?
Lim10.az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk bu barədə danışıb.
Onun sözlərinə görə, "skandinaviya" protektorunun naxışı sərt qış şəraitində istifadə üçün bir sıra üstünlüklərə malikdir.
"Qış təkərlərinə əsas tələb qarlı və buzlu yollarda ən yaxşı ilişməni təmin etməkdir, "yolka" naxışı isə bu vəzifənin öhdəsindən uğurla gəlir. Birincisi, geniş kanallar, həmçinin naxışın konfiqurasiyası qar və qar qarışığını təkərin yolla təmas nöqtəsindən effektiv şəkildə kənarlaşdırır. İkincisi, "skandinaviya" naxışında rezinin quruluşu sürüşkən örtüklərdə ilişməni, sürətlənməni və əyləcləməni yaxşılaşdırır", - deyə ekspert izah edib.