Ermənilər Xankəndidə müflisləşdirilir
Bir öncə ki, icmallarımızda qeyd etdiyimiz kimi, Ruben Vardanyan Qarabağa missioner kimi göndərilib və eynilə Donbas senarisi oynanılır. Bir neçə gün öncə o, bəyan etdi ki, ərzaq yoxdur və süni qıtlıq yaradıldı, dünən talonla ərzaq satışına qərar verdi, dünən isə gün ərzində bankomatlardan bizim pulla təxminən 200 manat nəğdləşdirmə imkanı verdi. Bəli, bu Qarabağda yaşayan ermənilərin məcburi müflisləşməsi üçün atılmış addımdır. Rus SMQ-nin yolu bağlı saxlaması isə, məhz oradan qaçmaq istəyən ermənilərin qarşısını kəsmək üçündür. Pulsuz-parasız, ac-yalacac ermənilər kimə lazımdır? Əlbətdə, Rusiyaya. Çünki Rusiya özünü "sülh göyərçini" rolunda göstərmək üçün bunların olması labüddür. Məhz bu səbəbdən də, Ali Baş Komandan Rus SMQ mandatını bu günə qədər imzalamayıb...