İranın atom bombası yaratması üçün nə qədər vaxt lazımdır? Ekspertlərdən açıqlama

"İrana nüvə silahı yaratmaq üçün həftələr kifayət deyil".

Lim10.az-ın verdiyi məlumata görə, "The New York Times" qəzeti xəbər verib.

Nəşr ekspertlərə istinadən İranın nüvə sahəsinin inkişafı ilə bağlı qiymətləndirmə aparıb.

"Nüvə mövzusu üzrə ekspertlər bildiriblər ki, İranın nüvə silahı yaratması üçün həftələr deyil, aylar, bəlkə də bir il lazım olacaq", - nəşrin məlumatında deyilib.

Vurğulanıb ki, Tehran həqiqətən bu sahədə irəliləyiş əldə etsə belə, İran nüvə başlığı istehsal etməzdən əvvəl bir sıra digər vacib addımlar atmalı olacaq.

"Bunlardan biri nüvəni sıxan və atom enerjisinin buraxılmasına səbəb olan zəncirvari reaksiyanı başladan adi partlayıcı maddələr qrupunu işə salmaq üçün elektron sistemin hazırlanması ola bilər", - deyə nəşrdə izah edilib.

Sentyabrın sonunda İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, İranın Birgə Hərtərəfli Fəaliyyət Planının hazırdır və nüvə silahının inkişafını davam etdirmək niyyətində deyil.