"ABŞ və İsrail raket zərbələrinə cavab olaraq İranın neft obyektlərinə hücum imkanlarını müzakirə edir".
Lim10.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Co Bayden deyib.
"Biz bunu müzakirə edirik", - deyə ABŞ prezidenti jurnalistlərin müvafiq sualına cavab verib.
Eyni zamanda, Bayden vurğulayıb ki, oktyabrın 3-də İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana heç bir zərbə endirməyəcək.