Meksikanın Qvadalaxara şəhərinin eyniadlı klubunda çıxış edən futbolçu Roberto Alvarado ölkə çempionatında "Atlas" klubu ilə oyunöncəsi keçirilən mətbuat konfransında fişəng partladıb.
Lim10.az xəbər verir ki, bu barədə ESPN agentliyi məlumat yayıb.
İnsident nəticəsində bir neçə jurnalist xəsarət alıb. Digər media nümayəndələri etiraz əlaməti olaraq tədbiri tərk ediblər.
R.Alvarado daha sonra mətbuat nümayəndələrindən üzr istəyib və komanda yoldaşları ilə bu şəkildə zarafat etmək istədiyini bildirib.